...

VATİKANDAN OLAN KARDİNAL BAKIYA GƏLƏCƏK

Cəmiyyət Materials 25 Avqust 2005 20:04 (UTC +04:00)

Sentyabrın birinci yarısında Vatikan nümayəndəsi kardinal Kresçenso Sepe Bakıya səfər edəcək. Trend agentliyinin məlumatına əsasən, bu barədə Bakıdakı Roma Katolik icmasında bildirilib.

Səfərin məqsədi mərhum papa II İohan Pavelin şəxsi vəsaiti hesabına tikiləcək katolik kilsəsinin təməlqoyma mərasimində iştirak etməkdir.

Səfər çərçivəsində Vatikan nümayəndəsi Azərbaycan rəhbərliyi, eləcə də Qafqaz müsəlmanları İdarəsinin rəhbərliyi ilə görüşəcək.Səfər proqramında həmçinin Bakıda kimsəsizlər üçün tikilən evin ziyarəti də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti