...

OMBUDSMAN APARATININ ƏMƏKDAŞLARI 3, 9 VƏ 16-CI CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNƏ BAXIŞ KEÇİRİB

Cəmiyyət Materials 21 Sentyabr 2005 16:24 (UTC +04:00)

Azərbaycan insan haqları üzrə müvəkkillik aparatının (ombudsman) əməkdaşları Azərbaycan ədliyyə nazirliyinin məhkəmə qərarlarının icrası Baş idarəsinin cəzaçəkmə müəssisələrinə baxış keçirib.

Bu barədə Trend ə Azərbaycan ombudsman aparatında bildirilib.

Baxış zamanı ombudsman aparatının əməkdaşları ayrı-ayrılıqda dustaqlarla görüşmüş, onların saxlanılma şəraiti, hüquqlarının müdafiəsi, onlara qarşı zor tətbiq edilməsi cəhdlərinə yol verilib-verilməməsi kimi məsələlərlə maraqlanmışlar.Söhbət zamanı dustaqlar saxlanılma şəraiti ilə bağlı şikayət bildirməyiblər.

Dustaqların sözlərinə görə, onlara heç bir zorakılıq cəhdi tətbiq edilməyib.Ombudsman aparatının əməkdaşları onlara söz verib ki, onların bütün müraciətləri cəzaçəkmə müəssisəsinin rəhbərliyinə çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti