...

TƏHSİL NAZİRLİYİ TEXNİKİ PEŞƏ MƏKTƏBLƏRİNİN İNKİŞAFI PROQRAMININ LAYİHƏSİNİ HÖKUMƏTƏ TƏQDİM EDƏCƏK

Cəmiyyət Materials 26 Sentyabr 2005 17:04 (UTC +04:00)

AR təhsil nazirliyi yaxın vaxtlarda texniki peşə məktəblərinin inkişafı proqramının layihəsini baxılmaq üçün hökumətə təqdim edəcək.Nazirlikdə Trend ə bildirilib ki, proqramın layihəsi bu sahəyə lazımi vəsaitin cəlb edilməsi, həmin məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması, eləcə də gənclərin bu tədrisə cəlb edilməsini nəzərdə tutur.

Nazirlikdə qeyd olunub ki, variantlardan biri bu məktəblərin zəngin şirkət və zavodların balansına verilməsidir.Nazirlik kadr tələbatının araşdırılması barədə iqtisadi inkişaf nazirliyinin rəhbərliyi ilə danışıqlar aparır.Nazirlik həmçinin texniki peşə məktəblərində bu və ya digər sahələrdə vacib olan ayrı-ayrı istehsalat şirkətləri üçün işçi kadrların hazırlanması üzrə qısa müddətli kurslar təşkil etməyi planlaşdırır.

Xatırladaq ki, hazırda Azərbaycanda 218 texniki peşə məktəbi vardır və onların qəbul planı 13-14 mindən yuxarı qalxmır.2005-2010-cu illər üçün hesablanmış proqram bu tədris müəssisələrinin inkişafında dövlətə yardım göstərməyi nəzərdə tutur.Sənəddə həmçinin tədris proqramlarının təkmilləşdirilməsi, həmin məktəblərin maddi-texniki bazasının inkişafında vəsait həcminin artırılması kimi məsələlər öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti