...

DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNDƏ DİNİ EKSPERTLƏR ŞURASI YARADILIB

Cəmiyyət Materials 11 Oktyabr 2005 15:30 (UTC +04:00)

Azərbaycanın dini qurumlar üzrə dövlət komitəsində dini ekspertlər Şurası yaradılıb. Bu barədə Trend ə Dövlət komitəsindən məlumat verilib.

Şuranın tərkibinə 15 ilahiyyatçı ekspert daxildir və artıq onun nizamnaməsi qəbul olunub. Şura 4 istiqamətdə fəaliyyət göstərəcək: dini təbliğatda pərakəndəlikdən mütəşəkkilliyə doğru sistemin yaradılması, müxtəlif dini icmaların sosial problemlərin həllinə cəlb olunması, dinlər və dini icmalar arasında konstruktiv əməkdaşlığın və tolerantlığın formalaşdırılmasına yardım, KİV-in monitorinqinin aparılması. Şuranın digər fəaliyyət istiqamətlərinə dini təbliğat proqramlarının təhlili, dövlət-din konsepsiyasının işlənib-hazırlanması daxildir. Şuranın fəaliyyətinə Dövlət Komitəsi tərəfindən nəzarət ediləcək.

Xəbər lenti

Xəbər lenti