...

Ramazan ayının 23-cü gününün cədvəli

Cəmiyyət Materials 26 Oktyabr 2005 12:16 (UTC +04:00)

Ramazan ayının 23-cü günündə, yəni oktyabrın 27-də səhər yeməyi (imsaq) saat 06:54-də, axşam namazı və iftar isə 19:03-dir. Bu barədə Trend Qafqaz Müsəlmanları İdarəsinə istinadən xəbər verir.

Xatırladaq ki, QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Ramazan ayının 22-ci günündə, yəni oktyabrın 26-da axşam namazı və iftar saat 19:04-dir.

Oktyabrın 26-dan 27-nə keçən gecə, yəni Ramazan ayının 22-ci günü üçüncü "leylət-əl-qədr" gecəsidir.Həmin gecə Allah insanların taleyini həll edir, onlar məscidlərə gedir, üləmalar isə Ramazan ayı münasibətilə yığıncaqlar təşkil edirlər. Əgər insan dua edirsə və savab işlər görürsə, yoxsullara əl tutursa, xeyriyyə işləri ilə məşğul olursa, həmin gecə onun günahları Allah tərəfindən bağışlana bilər. Əfsanəyə görə, Allah bir çox ölmüş insanların ruhunu cəhənnəmdən azad edir. Oktyabrın 30-u növbəti "leylət-əl qədr" gecəsidir. Əfsanəyə görə, bu gecələrdən birində Allah müqəddəs kitab olan Quranı yerə göndərib.

Xəbər lenti

Xəbər lenti