...

AFFA Avro-2008 çempionatının seçmə turnirinin püşkatma mərasimində yoldaşlıq matçları üzrə Azərbaycan yığmasının rəqiblərini axtaracaq

Cəmiyyət Materials 1 Dekabr 2005 13:33 (UTC +04:00)

AFFA yanvarın 27-də İsveçrənin Montre şəhərində keçiriləcək Avropa-2008 çempionatının seçmə turnirinin püşkatma mərasimində yoldaşlıq matçları üzrə Azərbaycan yığmasının rəqiblərini tapmaq niyyətindədir.

Assosiasiyanın baş katibi Fuad Əsədovun Trend ə bildirdiyi kimi, rəsmi mərasim başa çatan kimi AFFA-nın nümayəndə heyəti özüün xarici həmkarları ilə 3 yoxlama oyunu ilə bağlı danışıqlar aparacaq. "Əlbəttə, biz bu mövzuda yığmanın yarımqrupdakı rəqiblərilə danışmayacağıq. Bu məsələ ilə bağlı yerdə qalan Federasiyalarla intensiv dialoq aparacağıq. Belə imkanı əldən vermək olmaz", - deyə F.Əsədov qeyd edib.

Baş katib onu da bildirib ki, Avro-2008 seçmə turnirinin başlanmasına qədər komanda yazda bir neçə görüş keçirə bilər.

Xəbər lenti

Xəbər lenti