...

"Lotu Quli"nin apellyasiya şikayəti üzrə məhkəməyə hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 16 Dekabr 2005 15:57 (UTC +04:00)

Dekabrın 16-da Aprellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə cinayətkar aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun və digər 6 nəfərin apellyasiya şikayəti üzrə məhkəməyə hazırlıq iclası keçirilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Anar Məmmədov məlumat verib.

Qeyd edək ki, N.Səlifov və onunla birlikdə mühakimə olunaraq müxtəlif müddətlərə azadlıqdan məhrum edilmiş digər 6 nəfər zorlama, hədə ilə pul tələb etmə və bir sıra başqa cinayətlərə görə təqsirləndiriliblər. İlkin məhkəmə prosesi Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilib. Lakin təqsirləndirilən şəxslər məhkəmənin qərarından narazı qalaraq hökmdən apellyasiya şikayəti veriblər.

Apellyasiya Məhkəməsində keçirilən hazırlıq iclasında isə hakim məhkəmə baxışının dekabrın 27-nə təyin olunduğunu elan edib.

Xəbər lenti

Xəbər lenti