...

Ümumdünya Azərbaycanlılarının Həmrəylik Günü bir sıra ölkələrdə qeyd olunacaq

Cəmiyyət Materials 22 Dekabr 2005 14:13 (UTC +04:00)

Dekabrın 31-də Ümumdünya Azərbaycanlılarının Həmrəylik günü bir sıra ölkələrdə qeyd olunacaq. Bu barədə Trend ə Komitənin mətbuat xidmətindən məlumat verilib.

Komitədə əsasən Azərbaycan diasporunun fəaliyyət göstərdiyi Rusiyada, Almaniyada, ABŞ-da, İsveçdə, Fransada və Ukraynada bayram münasibətilə tədbirlər keçiriləcəyi barədə məlumat var.

Mətbuat xidmətindən bildirilib ki, Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Komitə tərəfindən Azərbaycanda rəsmi bayram tədbiri planlaşdırılmayıb. Rəsmi tədbirin planlaşdırılmaması isə növbəti ildə Dünya Azərbaycanlılarının Bakıda keçiriləcək qurultayı ilə əlaqədardır. Belə ki, Komitə hazırda qurultayla bağlı gərgin hazırlıq işləri ilə məşğuldur.

Bayram münasibətilə hər il olduğu kimi bu dəfə xaricdəki Azərbaycan diasporu rəhbərlərinin vətənə gəlişi də gözlənilmir.

Xəbər lenti

Xəbər lenti