...

2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən dustağın ölümünə səbəb ürək çatışmazlığı olub

Cəmiyyət Materials 27 Dekabr 2005 13:54 (UTC +04:00)

Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (MQİBİ) tabeliyindəki 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən dustaq Bəxtiyar Eynəliyevin ölümünə səbəb ürək çatışmazlığı olub. Bu barədə Trend ə MQİBİ-nin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Rafiq Ramazanov məlumat verib.

B.Eynəliyev banditizm, qəsdən adamöldürmə və bir sıra digər ağır cinayət əməllərində təqsirləndirilərək Ali Məhkəmənin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Bu ilin sentyabr ayında Qobustan Qapalı Həbsxanasından 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Məhkum hələ Qapalı Həbsxanada olarkən infarakt keçiribmiş.

"Dekabrın 23-dən 24-nə keçən gecə növbəti dəfə ürək ağrısı tutan məhkuma tibbi yardım göstərilsə də faydası olmayıb", - deyə R.Ramazanov bildirib.

Mərhumun cənazəsi ekspertiza müayinəsindən keçirildikdən sonra torpağa tapşırılmaq üçün yaxınlarına verilib. Faktla bağlı Əzizbəyov rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti