...

Qrossmeyster Azər Mirzəyev İspaniyada keçirilən turnirdə 4-cü yeri tutub

Cəmiyyət Materials 11 Yanvar 2006 14:31 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Azər Mirzəyev Montildə (İspaniya) başa çatan beynəlxalq turnirdə 4-cü yeri tutub.

Trend in verdiyi məlumata görə, yarışın 9 turunun nəticələrinə görə, şahmatçı 6,5 bal toplayaraq ilk üçlükdən kənarda qalıb. Bu zaman o, rumın şahmatçısından cəmi bir xal geridə qalıb.

Demək olar ki, İspanyiadakı yarışla eyni vaxtda Fransada Açıq çempionat başa çatıb və həmin çempionatda respublikamızı Namiq Quliyev təmsil edib. Yarışın əvvəlində qrossmeyster iştirakçılar arasında ən yüksək reytinqə malik olub və oyunun favoritlərindən hesab edilib. Lakin birinciliyin yekunları üzrə o keçirilən 9 partiyada 6,5 bal toplayaraq 8-ci mövqedə dayanıb.

Qeyd etmək lazımdır ki, yarışda dünyanın 12 ölkəsində 96 idman ustası iştirak edib.

Xəbər lenti

Xəbər lenti