Azərbaycanın səhiyyə nazirliyi dializ xəstələrə dəstək məqsədilə dövlət proqramı hazırlayır. Trend bildirir ki, bu barədə nazirliyin yanvarın 18-də yaydığı məlumatda deyilir.
Səhiyyə Nazirliyinin tədbirləri çərçivəsində yanvarın 18-də Bakı şəhəri, Sabunçu rayonunun Şəhər Klinik Xəstəxanasında nazirliyin təşəbbüsü ilə "Şemodializ" şöbəsi açılıb. 106 xəstəni qəbul edəcək xəstəxana tam pulsuz fəaliyyət göstərəcək. Dializ aparatı (süni böyrək) Almaniyanın Frezenius şirkətindən alınıb və şöbə bütün lazımi kimyəvi məhsullarla tam təchiz olunub.