...

YUNİSEF Cənubi Qafqaz ölkələri üçün vəsaitin toplanması üzrə yeni kampaniyaya başlayıb

Cəmiyyət Materials 26 Yanvar 2006 13:19 (UTC +04:00)

BMT-nin Uşaq Fondu (YUNİSEF) dünyanın 29 ölkəsindən olan uşaqlara kömək üçün vəsaitin toplanması üzrə kampaniyaya başlayıb. Trend in Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, 2006-cı ildə 805 mln dollar vəsaitin yığılmasını nəzərdə tutan kampaniya çərçivəsində əsas diqqət Cənubi Qafqaz ölkələrinə və Sudana ayrılır.

Təşkilat vəsaitin üçdə bir hissəsini vətəndaş müharibəsinin davam etdiyi Sudana ayırmağı, o cümlədən Azərbaycan, Gürcüstan və Ermənistana yardımı artırmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti