...

"Neftçi" Antalyaya yola düşməyə hazırlaşır

Cəmiyyət Materials 26 Yanvar 2006 15:58 (UTC +04:00)

Birlik Kubokunda qələbədən sonra "Neftçi" oyunlara hazırlaşmaq üçün yanvarın 27-də Antalyaya yola düşmək niyyətindədir.

Klubun mətbuat katibi Səbuhi Səfiyarlının Trend ə verdiyi məlumata görə, Türkiyəyə səfər kollektivin milli çempionatın ikinci dövrəsinə hazırlığının sonuncu mərhələsi olacaq.

"Neftçi"nin Antalyada bir neçə yoxlama görüşü keçirəcəyi və ölkə birinciliyinin ikinci dairəsi üçün tərkibini müəyyənləşdirəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti