...

Peşəkar boksçu Əli İsmayılov növbəti reytinq döyüşünü Kazanda keçirəcək

Cəmiyyət Materials 2 Fevral 2006 12:34 (UTC +04:00)

Azərbaycanlı boksçu Əli İsmayılov peşəkar rinqdə növbəti döyüşünü fevralın 17-də Kazanda keçirəcək.

İdmançının özünün Trend ə verdiyi məlumata görə, qarşıdakı döyüşdə onun rəqibi profi statusunda 21 döyüş keçirən və onun 20-də qalib gələn Vladimir Tokarev olacaq. "Bizim döyüşümüz 10 raunddan ibarət olacaq. Odur ki, döyüş çox gərcin şəraitdə keçəcək. Baxmayaraq ki, mənim yeni keyfiyyətdə çıxış təcrübəm azdır. Lakin mən rəqibi məğlub etmək üçün tam qətiyyətliyəm. Özü də mənim çiyinlərimin arxasında 300-dən artıq həvəskar olacaq", - deyə A.İsmayılov bildirib.

O, həmçinin, qeyd edib ki, onun iştirakı itlə 6 döyüş planlaşdırılıb. Odur ki, onun yarış təcrübəsi kifayət qədər olacaq.

Xəbər lenti

Xəbər lenti