...

Yetkinlik yaşına çatmayanlar üçün Tərbiyə Müəssisəsində monitorinq keçirilib

Cəmiyyət Materials 9 Fevral 2006 17:49 (UTC +04:00)

"Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin yetkinlik yaşına çatmayanlar üçün Tərbiyə Müəssisəsində monitoriq aparıb. Bu barədə Trend ə İctimai Birlikdən məlumat verilib.

Monitorinqlər zamanı cəza çəkən məhkumların bir sıra problemlərlə üzləşdiyini müşahidə edilib. Belə ki, Azərbaycan Respublikası cəza-icra qanunvericiliyinə görə, yetkinlik yaşına çatmayan məhkumlar Tərbiyə Müəssisəsində 18 yaşı tamam olana qədər saxlanılırlar. Bu müddət ərzində cəza müddəti bitməzsə, cəzanın çəkiləməmiş hissəsi böyüklər üçün olan müəssisədə çəkilir ki, bu da onlara mənfi mənəvi, psixoloji təsir göstərir, islah olunmalarına maneçilik törədir. Çünki orada gənc məhkumların mənəvi psixoloji problemləri yaranır və yuxarı yaşlı məhkumların mənfi təsiri ilə üzləşirlər.

"Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi bu qənaətə gəlib ki, göstərilən problemləri tənzimləmək üçün Azərbaycan Respublikasının qanunvericiliyindəki normaların təkmilləşdirilməsinə ehtiyac var. Həmçinin məhkumların təhsillərini (ali, orta ixtisas, peşə təhsili) davam etdirmələri üçün Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi tərəfindən birgə icra olunacaq xüsusi proqram işlənib hazırlanmalıdır.

Xəbər lenti

Xəbər lenti