...

"AzərReyl" "Foppapedretti"ilə görüşün yalnız birinci partiyasını uğurla başa vurub

Cəmiyyət Materials 16 Fevral 2006 11:27 (UTC +04:00)

Berqamoda keçirilən Çempionlar liqasının birinci dörddə bir final matçında "AzərReyl" qadın voleybol klubu "Foppapedretti"yə 1:3 hesabla məğlub olub.

Trend in xəbər verdiyi kimi, Faiq Qarayevin yetirmələri görüşü uğurla başlayıb və birinci partiyanı bir neçə xal üstünlüyü (25:21) ilə başa vurub.

Lakin fasilədən sonra italyanlar Eleonora Lo Byanka və Angelina Qryunun səyləri hesabına oyunun gedişini dəyişməyə nail olub. İkinci partiyada voleybolçularımız səhvlərə yol verib və bu partiya 10 xal (25:15) fərqi ilə "Foppapedretti"nin xeyrinə başa çatıb. Üçüncü partiya da 13:25 hesabla voleybolçularımızın məğlubiyyəti ilə nəticələnib.

Dördüncü partiyada "AzərReyl" iki xal fərqi ilə rəqiblə mübarizə aparsa da bu partiya da 25:18 hesabla qonaqların qələbəsi ilə bitib.

Komanda bir həftədən sonra Bakıda keçiriləcək cavab matçında oynayacaq. Bu matç qalibin müəyyən edilməsində həlledici olacaq.

Xəbər lenti

Xəbər lenti