...

Ali Məhkəmə fevralın 28-də Fərəc Quliyevin kassasiya şikayətinə baxacaq

Cəmiyyət Materials 22 Fevral 2006 14:20 (UTC +04:00)

Ali Məhkəmədə fevralın 28-də saat 12.00-da Milli Dirçəliş Hərəkatının (MDH) lideri Fərəc Quliyevin Respublika Prokurorluğunun protestindən kassasiya şikayətinə baxılacaq. Bu barədə Trend ə MDH liderinin özü bildirib.

Qeyd edək ki, 2005-ci il yanvarın 17-də Səbail raoyn məhkəməsinin qərarı ilə F.Quliyevin üzərindən məhkumluq maddəsi götürülüb. Lakin Respublika Prokurorluğunun protesti nəticəsində parlament seçkilərinə qatıla bilməyən F.Quliyev Ali Məhkəməyə kassasiya şikayəti verib.

F.Quliyev qeyd edib ki, 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak etmək niyyətindədir: "Lakin məhkumluğumun üzərimdən götürülməməsi bu istəyimi hələlik reallaşdırmır. Əgər Ali Məhkəmə müsbət qərar qəbul edərsə, onda mənimlə birlikdə hərəkatın digər 10 üzvü təkrar seçkilərdə iştirak edəcək. Əks təqdirdə biz təkrar seçkilərə qatılmayacağıq".

Onu da bildirək ki, məhkəmə prosesi hakim Zeyqəm Hüseynovun sədrliyi ilə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti