...

İradə Aşumova Avropa çempionatında çıxış edəcək

Cəmiyyət Materials 25 Fevral 2006 12:09 (UTC +04:00)

Güllə atıcılığı üzrə Afina Olimpiyadasının bürünc mükafatçısı İradə Aşumova fevralın 28-də Moskvada başlayacaq Avropa çempionatında iştirak edəcək.

Trend in verdiyi xəbərə görə, yarış lisenziya xarakteri dayımasa da idmançı ona Oyunların seçmə mərhələsinə hazırlıqların mühüm mərhələsi kimi baxır. Bundan əlavə qitə birinciliyində İ.Aşumova bir dənə də medal qazanmamışdı və bu dəfə medal uğrunda mübarizəni davam etdirmək niyyətindədir.

Eyni zamanda, Avropa çempionatının onlar üçün ev xarakteri daşıdığı nəzərə alaraq üçün yarışın rusiyalı atıcılar özlərini əsas favoritləri hesab edirlər. Şəxsi və komanda hesabı ilə keçiriləcək yarışda 16 medal uğrunda mübarizə aparılacaq.

Xəbər lenti

Xəbər lenti