Türkiyə-Azərbaycan lobbiçiliyini ayağa qaldırmaq və gücləndirməyin vaxtı çatıb. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin Mərmərə Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suver bildirib.
A.Suver qeyd edib ki, bu günə qədər şikayətimiz lobbiçiliyimizin olmaması idi. Lakin martın 16-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının II qurultayı göstərdi ki, artıq bu məsələ öz həllinin tapmalıdır: "Yalnız Azərbaycan bizə bu məsələni həyata keçirməyi tövsiyyə edib. Təkcə Azərbaycan-Türkiyə yox, bütün dünya türkləri üçün bu lobbini ayağa qaldırmaq və yaşatmaq lazımdır".
A.Suver onu da qeyd edib ki, martın 16-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının II qurultayında qəbul edilən sənədlər arasında Turkiyə-Azərbaycan diaspornunun fəaliyyəti ilə bağlı müddəa da var: "Qondarma erməni soyqrımı"nın tananması ilə bağlı Tüurkiyənin üzünə bir çox dövlətlər bayraq qaldırdı. Ancaq hər iki dövlətin ağrısı, acısı eyni olduğundan bir addımlamaq zərurətindəyik. Bütün türk dünyasına düşmən kəsilən qüvvələrə qarşı birgə mübarizə aparmaq lazımdır".