...

5 vəkil Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilib

Cəmiyyət Materials 17 Mart 2006 14:14 (UTC +04:00)

Son 1 il ərzində 5 vəkil Vəkillər Kollegiyasının (VK) üzvlüyündən xaric edilib. Bu barədə Trend ə Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov məlumat verib.

"Həmin vəkillərlə bağlı məhkəmələr tərəfindən VK-nın İntizam Komissiyasına şikayətlər daxil olub. Həmin şikayətlər Rəyasət heyətinin iclasında müzakirəyə çıxarıldıqdan sonra məlum olub ki, barələrində şikayət daxil olmuş vəkillər həqiqətən də məhkəmə proseslərini qəsdən pozublar, məhkəmə iclaslarına gecikiblər, süründürməçiliyə yol veriblər. İclasın qanunları pozmuş həmin vəkillərin fəaliyyətinə xitam verilməsi barədə qərarı məhkəməyə təqdim olunub və onlardan 3-nün fəaliyyətinə məhkəmə qaydasında xitam verilib" - deyə F.Nəcəfov bildirib.

Sədr müavinin sözlərinə görə, hazırda VK-ya daxil olmuş daha bir neçə vəkilin intizam məsuliyyəti məsələsi gündəmdədir. Vəkillərin cəzalandırılması ilə yanaşı VK-ya üzvlüklə əlaqədar sənəd qəbulu da davam edir.

Xəbər lenti

Xəbər lenti