...

Yuri Zilberman: ABŞ-ın Azərbaycan və yəhudi icmaları bir çox mühüm məsələlərdə eyni mövqedən çıxış edir

Cəmiyyət Materials 29 Mart 2006 17:45 (UTC +04:00)

ABŞ-ın Azərbaycan və yəhudi icmaları bir çox mühüm məsələlərdə eyni mövqedən çıxış edir. Trend "AzərTAc"a istinadən bildirir ki, keçmiş SSRİ Yəhudiləri Assosiasiyasının prezidenti Yuri Zilberman bu barədə bəyan edib.

"İki icma arasında sıx dostluq münasibətləri yaradılıb. Mənim dünya azərbaycanlıların II Qurultayındakı iştirakım bunu təsdiq edir"-deyə Y.Zilberman qeyd edib və bildirib ki, ABŞ Azərbaycanlıları Assosiasiyasının prezidenti Tomris Azəri ilə əldə olunmuş razılaşmaya əsasən, hər iki icmanın nümayəndələri bir çox məsələlərlə bağlı eyni mövqedən çıxış edirlər.

"Biz Bakıda qarşılaşdığımız qonaqpərvərliyi unutmayacağıq və əməkdaşlığı davam etdirəcəyik. Biz Azərbaycan xalqının problemlərini çox gözəl başa düşürük"-deyə o, qeyd edib və bildirib ki, "məhz bu səbəbdən onun rəhbərlik etdiyi assosiasiyanın nümayəndələri 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak edəcək".

Xəbər lenti

Xəbər lenti