Şahin Diniyev: Türkiyə ilə oyun ərəfəsində futbol yığmasında çox mühüm dəyişiklik baş verməyəcək
Azərbaycanın Türkiyəyə qarşı yoldaşlıq görüşünə hazırlaşan futbol üzrə yığmasının tərkibində Ukraynaya qarşı keçirilən yoxlama oyunundan fərqli olaraq çox mühüm dəyişiklik baş verməyəcək.
Milli komandanın məşqçisi Şahin Diniyev Trend ə bildirib ki, meydana əsasən fevralda keçirilən oyunda uğurla çıxış etmiş oyunçular çıxacaq. "Əlbəttə, bu o demək deyil ki, tərkibdə yeni futbolçular görünməyəcək, amma onlardan bir çoxu üçün bu görüş yığmada möhkəmlənməkdə daha bir şans olacaq" - deyə mütəxəssis bildirib.
Eyni zamanda, məşqçi ölkənin gənclər komandasında çıxış edən bir sıra oyunçuların xidmətindən istifadə ehtimalını istisna etməyib. Üstəlik, məşqçi milli yığmanın tərkibinin cavanlaşdırılması ilə bağlı mütəmadi işlər aparır.