Qırmızı Xaç Komitəsinin aprelin 3-də Azərbaycana ikigünlük səfərə gəlmiş sədri Yakob Kellenberqerin bu gün saat 15:00-da ölkənin səhiyyə naziri Oqtay Şirəliyevlə görüşü planlaşdırılıb. Trend bildirir ki, nazirliyin yaydığı məlumatda bu barədə deyilir.
Görüşdə əlaqələrin genişləndirilməsi, vərəmli xəstələrlə bağlı proqramın həyata keçirilməsi, Ədliyyə və Səhiyyə nazirlikləri arasında münasibətlərin inkişafı kimi məsələlərin müzakirəsi planlaşdırılır.
Görüşdə vərəmli məhbusların müalicəsi və reabilitasiyası, o cümlədən ÜST-in xətti ilə Azərbaycanda vərəmli xəstələr üçün nəzərdə tutulmuş "Yaşıl işıq" proqramının həyata keçirilməsinə yardım kimi məsələlərə toxunulacaq.