...

Ombudsman təsisatı ilə Əmək və Sosial Münasibətlər Akademiyası arasında əməkdaşlıq genişləndirilir

Cəmiyyət Materials 10 Aprel 2006 19:58 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova və Ombudsman Aparatının məsul əməkdaşları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasının müxtəlif kurslarına cəlb edilmiş dinləyicilərlə görüşlər keçiriblər. Bu barədə Trend ə Ombudsman Aparatından məlumat verilib.

Müxtəlif vaxtlarda keçirilən görüşlərdə Ombudsman Aparatının əməkdaşları, şöbə müdirləri də iştirak ediblər, insan hüqüqlarının ayrı-ayrı sahələri ilə bağlı məlumatlar veriblər. Aparatın şöbə müdiri Mehman Əmirəliyev həmin Akademiyada növbəti görüşdə "Əmək hüquqlarının müdafiəsində ombudsmanların rolu" mözusunda məruzə edib. Sonra məruzə ətrafında fikir mübadiləsi aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. Akademiya rəhbərliyi isə bildirib ki, əmək hüquqlarının müdafiəsi sahəsində Ombudsman təsisatı ilə həmkarlar ittifaqlarının birgə fəaliyyətinin gücləndirilməsi məqsədi ilə bu əməkdaşlıq bundan sonra da davam etdirilməlidir.

Xəbər lenti

Xəbər lenti