...

Vəkil Adil İsmayılov Ramil Səfərovla görüşə bilməyib

Cəmiyyət Materials 12 Aprel 2006 18:01 (UTC +04:00)

Aprelin 10-da Budapeştə gedən vəkil Adil İsmayılov erməni zabiti Qurgen Markaryanı öldürməkdə təqsirli bilinərək hazırda Budapeşt həbsxanasında saxlanılan Azərbaycan milli ordusunun zabiti Ramil Səfərovla görüşə bilməyib. Bu barədə Trend ə Adil İsmayılov məlumat verib.

Vəkil Ramil Səfərovla aprelin 12-də yalnız telefon vasitəsiylə əlaqə saxlaya bilib. "Mənim Ramil Səfərovla görüşüm alınmasa da, Azərbaycanın Macarıstandakı səfirliyinin nümayəndələri onunla görüşə biliblər" - deyə A.İsmayılov söyləyib.

A.İsmayılovun sözlərinə görə, telefon danışığında Ramil Səfərov özünü normal hiss etdiyini və aprelin 13-də keçiriləcək yekun məhkəmə iclasında son sözlə çıxış etməyə hazırlaşdığını bildirib.

Aprelin 13-də məhkəmənin işinə hökmün elanı ilə yekun vurulacaq. R.Səfərovun vəkillərinin Macarıstanın yuxarı məhkəmə instansiyasına müraciəti də birinci instansiya məhkəməsinin çıxaracağı hökmdən asılıdır. Əgər məhkəmə ədalətsiz hökm çıxararsa, bu zaman həmin ölkənin apellyasiya və ali məhkəmə instansiyalarına müraciət olunacaq.

Məhkəmə iclası Budapeşt vaxtı ilə 13.30-da başlanacaq.

Qeyd edək ki, aprelin 4-də keçirilən məhkəmə iclasında prokuror məhkəmədən Ramil Səfərova 30 illik həbs cəzası tələb edib.

Xəbər lenti

Xəbər lenti