Bakı. Trend:
Nigeriyanın şimal-qərbində yerləşən Zamfara ştatında terrorçu qruplaşma üzvlərinin həyata keçirdiyi silahlı hücumlar nəticəsində 5 nəfər həyatını itirib, 50 nəfər oğurlanıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, dəstə üzvləri Zamfara ştatına tabe olan 16 ayrı ərazidə silahlı hücumlar təşkil ediblər.
Nigeriyada uzun illərdir “Boko Haram” və İŞİD-in Qərbi Afrika qolu ISWAP analoji terror hücumları həyata keçirir.
Ölkədə adam oğurluğunun cəzası edam olsa da, mütəmadi olaraq insanlar pərakəndə və ya toplam şəkildə qaçırılır və sonrandan onların azad edilməsi müqabilində pul tələb olunur.
Silahlı şəxslər, adətən, ölkənin şimalındakı kəndləri, məktəbləri və sərnişinləri hədəfə alırlar.