...

Azərbaycanın sənaye zonalarında məhsul satışı 29%-ə yaxın artıb

İqtisadiyyat Materials 4 Avqust 2025 14:52 (UTC +04:00)
Azərbaycanın sənaye zonalarında məhsul satışı 29%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 2015-ci ildən 2025-ci ilin I yarısı da daxil olmaqla, sənaye zonalarında 17,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,53 milyard manatlıq hissəsi ixrac edilib.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.

Məlumata əsasən, 2025-ci ilin ilin birinci yarısında sənaye zonalarında 1,83 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 583,5 milyonluq hissəsi ixracın payına düşür.

Qeyd edilib ki, sənaye zonaları üzrə məhsul satışı 2024-cü ilin eyni dövrünə nisbətən 28,7%, ixracı 22,4% artıb.

Məlumatda vurğulanıb ki, sənaye zonalarında istehsal edilən polimerlər, karbamid, polad və polietilen borular, tütün məmulatları, divar kağızları, müxtəlif təyinatlı ayaqqabılar, sürtkü yağları, ferroərintilər, müxtəlif növdə kabellər, şüşə lövhələr, tikinti kimyəviləri, ipliklər, elektrod və s. məhsullar ABŞ, Kanada, Çin, Hindistan, İngiltərə, Almaniya, BƏƏ, Yunanıstan, İsrail, Avstriya, Norveç, Çexiya, İspaniya, Belçika və s. ölkələr daxil olmaqla, ümumilikdə dünyanın 70-dən artıq ölkəsinə “Made In Azerbaijan” brendi adı altında ixrac olunub.

"Eyni zamanda, sənaye zonalarına sahibkarların cəlb edilməsi, investisiyaların yatırılması və yeni iş yerlərinin yaradılması istiqamətlərində müsbət addımlar atılır. 2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 8,03 milyard manat olan 160 sahibkarlıq subyektinə rezidentlik, 12 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,88 milyard manatdan çox investisiya yatırılıb və 10 900 daimi iş yeri yaradılıb", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti