...

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak edəcək şəxslərin DİQQƏTİNƏ

Cəmiyyət Materials 4 Avqust 2025 16:42 (UTC +04:00)
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak edəcək şəxslərin DİQQƏTİNƏ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi avqustun 10-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Trend xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, “İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti