...

Bu ölkənin maliyyə naziri istefa verib

Dünya xəbərləri Materials 4 Avqust 2025 16:33 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Küveytin maliyyə naziri Nura əl-Fəssam istefa verib.

Trend xəbər verir ki, bu barədə Küveyt informasiya agentliyi məlumat yayıb.

Küveytin əmiri Məşəl əl Əhməd əs Sabah avqustun 4-də əl-Fəssamın istefasını qəbul edib və boş qalmış posta müvəqqəti olaraq Elektrik enerjisi, su resursları və bərpa olunan enerji mənbələri naziri Sabihə əl-Müheyziməni təyin edib.

Müheyzimə eyni zamanda, Elektrik enerjisi, su resursları və bərpa olunan enerji mənbələri nazirliyinin rəhbəri kimi vəzifəsini davam etdirəcək.

Maliyyə nazirinin hansı səbəbə istefa verdiyi açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti