...

Sosial müəssisələrdə xidmətə götürülən şəxslərin geyim və ayaqqabı ilə təmin olunma norması təsdiq edilib

Gündəm Materials 4 Avqust 2025 18:09 (UTC +04:00)
Sosial müəssisələrdə xidmətə götürülən şəxslərin geyim və ayaqqabı ilə təmin olunma norması təsdiq edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Stasionar xidmət göstərən dövlət sosial xidmət müəssisələrində xidmətə götürülmüş şəxslərin geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunma norması təsdiq edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla stasionar xidmət göstərən dövlət sosial xidmət müəssisələrində xidmətə götürülmüş şəxslərin geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunma norması və xidmətə götürülmüş 2 yaşından yuxarı şəxslər üçün geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunma norması təsdiqlənib.

Dövlət sosial xidmət müəssisələrində stasionar formada xidmət göstərilən şəxslərə verilən geyim, ayaqqabı və yumşaq inventarlar sosial xidmətə xitam verildiyi gün müddət axımı dayandırılaraq onların şəxsi istifadəsinə veriləcək.

Dövlət sosial xidmət müəssisələrində stasionar formada xidmət göstərilən şəxslər vəfat etdiyi halda onlara verilən geyim, ayaqqabı və yumşaq inventarlar həmin müəssisənin rəhbərinin əsaslandırılmış qərarı ilə məhv ediləcək.

Təsdiq edilən normalarla bu link vasitəsilə tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti