...

Havada toz müşahidə olunur

Cəmiyyət Materials 4 Avqust 2025 16:44 (UTC +04:00)
Havada toz müşahidə olunur
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Havada toz müşahidə olunur

Trend xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Avtomatik stansiyalardan əldə olunan məlumata görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda cənub və Aran bölgəsi rayonlarında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.1-1.4 dəfə artıqdır. Bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O qeyd edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şərq, cənub-şərq küləkləri vasitəsilə ölkə ərazisinə daxil olub.

“Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq üç gün ərzində davam edəcəyi gözlənilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti