...

Azərbaycanın futbol üzrə gənclər yığması Türkiyə komandasına qalib gəlib

Cəmiyyət Materials 12 Aprel 2006 19:35 (UTC +04:00)

Azərbaycanın gənclərdən ibarət yığması türkiyəli yaşıdları arasında "Şəfa" stadionunda keçirilən yoldaşlıq görüşündə 1:0 hesabı ilə qalib gəlib.

Trend in verdiyi məlumata görə, meydan sahibləri görüşdə inamla çıxış ediblər və artıq birinci taymda qol vurmaqla layiq olduqları uğuru qazanıblar.

Görüşdə rəqibi oyuna meydanın mərkəzindən başlamağa məcbuo edən yarımmüdafiəçi Ruslan Əmircanov fərqlənib. Və türklərin oyunun gedişini dəyişməyə çalışmalarına baxmayaraq, onlar öz şanslarından istifadə edə bilməyiblər. Öz növbəsində, meydan sahibləri də bir neçə əlverişli vəziyyəti əldən buraxıblar. Lakin onlar hər halda müsbət nəticə əldə edə biliblər.

Qeyd etmək lazımdır ki, bu görüş azərbaycanlı futbolçular üçün Avropa birinciliyində İrlandiyaya qarşı ixtisaslaşma matçına hazırlıq mərhələsi olub.

Xəbər lenti

Xəbər lenti