Misirin paytaxtı Qahirədəki Amerika Universitetində "Beynəlxalq gün" adlı sərgidə Azərbaycan mədəniyyəti və incəsənəti, o cümlədən milli kulinariyası təmsil olunub. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Həmin sərgidə Azərbaycvanla bərabər 25 ölkənin mədəniyyət, incəsənət nümunələri nümayiş etdirilib. Azərbaycanla bağlı ekspozisiyada torpaqlarımızın 20 faizini işğal altında saxlayan ermənilərin vəhşiliklərini əks etdirən kitab və jurnallar, o cümlədən "Armenian Terror", "Genocide", "Khojaly" kitabları, DID və CD disklər də nümayiş etdirilib. Misirdəki Azərbaycan Tələbə Cəmiyyətinin üzvləri sərginin qonaqlarına ölkəmiz haqqında ətraflı məlumat veriblər. DID və CD disklərini ABŞ, Böyük Britaniya, Yunanıstan, Finlandiya, Hollandiya, Çin, Yaponiya, Tailand, Pakistan, İraq, Hindistan, Səudiyyə Ərəbistanı, Bəhreyn, Fələstin və Misir təmsilçilərinə paylanılıb.