...

MDB dövlətlərarası komissiyasının sədir Bakıya gəlib

Cəmiyyət Materials 19 Aprel 2006 18:29 (UTC +04:00)

Aprelin 19-da MDB-nin standartlaşdırma, qeydiyyat və dərman vasitələrinin keyfiyyətinə nəzarət üzrə dövlətlərarası komissiyasının sədri

Viktor Dmitriyev Bakıya gəlib. Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Trend ə verdiyi məlumata görə, səfər zamanı o, səhiyyə naziri Oqtay Şirəliyevlə, əczaçılıq və farmokologiya üzrə ekspertlərlə görüşəcək, həmkarları ilə əməkdaşlığın perspektivlərini müzakirə edəcək.

Onun sözlərinə görə, səfər zamanı MDB ölkələri, eləcə də, Azərbaycanla əczaçılıq sektorunun nizamlanması ilə bağlı layihələr, saxta dərman preparatlarının yayılması ilə mübarizə problemləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti