...

Azərbaycanın stolüstü tenis üzrə yığması dünya çempionatında iştirak edəcək

Cəmiyyət Materials 22 Aprel 2006 15:08 (UTC +04:00)

Azərbaycanın stolüstü tenis üzrə yığması aprelin 24-də Bremendə keçiriləcək dünya çempionatında iştirak edəcək.

Komandanın baş məşqçisi Aleksandr Zudovun Trend agentliyinə verdiyi məlumata əsasən, kişi kollektivinə Fərhad İsmayılov, Ramin Cəfərov və Nəriman Abdullayev, qadın kollektivinə isə Bilurə Eminova, Xəyalə Qiyasova və Səbinə Əhmədova daxildir. Kollektivin rəqibləri hələ müəyyənləşdirilməyib və püşk atmadan sonra məlum olacaq.

Eyni zamanda Azərbaycan idmançılarına dünyada ən güclü hesab olunan çin ustalarının da iştirak edəcəyi yarışda nailiyyətlər əldə etmək asan olmayacaq. Çempionatda 170-dən çox ölkə komandasının iştirak edəcəyi gözləyir.

Xəbər lenti

Xəbər lenti