Ermənilərin qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı Türkiyəyə qarşı iddiaları əsassızdır. "TRT" telekanalının yaydığı məlumata əsasən, Osmanlı imperiyasının son dövrünə aid həqiqətlər təkçə Türkiyənin arxivlərindəki materiallarda əks olunmayıb, həm də rus və Azərbaycan tarixçiləri tərəfindən təsvir olunub.
Əslində, ermənilər Böyük Britaniya və Rusiya imperiyasının təhrikçiliyi sayəsində Qərbi Anadolu torpaqlarında öz dövlətlərini yaratmaq arzusu ilə türk əhalisinə qarşı kütləvi qırğına başlayıb. Bu barədə, 1990-cı ilədək Ermənistan Elmlər Akademiyasının üzvü olmuş, professor İsrafil Məmmədov bildirib. "Mənim hesablamalarıma görə, ermənilər də daxil olmaqla, Osmanlı imperiyasına qarşı döyüşmüş əsgərlərin sayı 1 mln. nəfərə yaxın idi" - deyə İ.Məmmədov vurğulayıb.
Uzun müddət sovet arxivlərində işləmiş rus tarixçisi İqor Peçenev da azərbaycanlı həmkarının dediklərini təsdiqləyir. "Erməni xalqının tarixi" adlı kitabında o yazır ki, 1-ci Dünya Müharibəsi zamanı 1 mln. türk həlak olub və məhz ermənilər soyqırım siyasəti yürüdüblər. Rusiya hərbi hissələrinin tərkibində xüsusi qəddarlığı ilə seçilən 200 min erməni var idi.