...

Azərbaycanın stolüstü tennis üzrə kişilərdən ibarət yığması dünya çempionatında iki qələbə qazanıb

Cəmiyyət Materials 27 Aprel 2006 17:34 (UTC +04:00)

Azərbaycanın stolüstü tennis üzrə kişilərdən ibarət yığması Bremendə keçirilən dünya çempionatında artıq iki qələbə qazanıb.

Trend agentliyi xəbər verir ki, komanda birinci görüşdə mərakeşlilərlə oynamalı idi, lakin sonuncular matça çıxmayıb. Nəticədə rəqibə texniki məğdubiyyət, Azərbaycan tennisçilərinə isə 3 xal verilib.

İkinci turda komandamız Cersi nümayəndələri ilə oynayaraq, onları 3:0 hesabla məğlub edib. Meydançaya ilk çıxan Farhad İsmayılov Pol Marşala üç partiyada qalib gəlib. Ramil Cəfərov da Tvevor Lefebrı üç partiyada məğlub edib. Yevgeni Ellisə qalib gələn Nəriman Abdullayev isə oyuyuna son qoyub. Bu qalibiyyət komandamızı maltalılarla bərabər qrupun liderləri sırasına çıxarıb.

Xəbər lenti

Xəbər lenti