...

İradə Aşumova Olimpiya lisenziyasını qazanmaq üçün daha bir şansı əldən verdi

Cəmiyyət Materials 2 May 2006 16:24 (UTC +04:00)

Afina Olimpiadasının güllə atıcılığı proqramının bürünc mükafatçısı İradə Aşumova 2008-ci il Olimpiya oyunlarının lisenziyası uğrunda daha bir şansı uduzub. Trend in verdiyi məlumata görə, idmançı Braziliyada Dünya Kuboku mərhələsi çərçivəsində keçirilən yarışda 25 metrlik məsafədən kiçik çaplı tapançadan atəş üzrə tapşırıqla bağlı finala çıxa bilməyib. İlkin mərhələdə İ.Aşumova 579 xal toplayıb ki, bu da ona 8 finalçının sırasına daxil olmağa imkan verməyib. Bu zaman həlledici mərhələdə mübarizəni davam etdirmək üçün İradənin cəmi bir xalı çatmayıb.

Gənclər arasında Avropa birinciliyinin gümüş medalçısı Nigar Bağırova daha pis çıxış edərək 39-cu yerə çıxıb.

Xəbər lenti

Xəbər lenti