...

Yaxın vaxtlarda Mərkəzi Hərbi Hospitalın 300 çarpayılıq cərrahiyə korpusu istifadəyə veriləcək

Cəmiyyət Materials 12 May 2006 17:43 (UTC +04:00)

Yaxın vaxtlarda Mərkəzi Hərbi Hospitalın 300 çarpayılıq cərrahiyə korpusu istifadəyə veriləcək. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalının rəisi polkovnik Beslam Hüseynov məlumat verib.

B.Hüseynov "Ordunun dostları" ictimai təşkilatının xətti ilə mayın 12-də hospitalda olan jurnalistləri cərrahiyyə korpusu ilə tanış edərək bildirib ki, hələ 1993-cü ildə mərhum prezident Heydər Əliyev hospitala gələrək yaralılara baş çəkib. "Həmin vaxt mərhum prezident belə bir cərrahiyyə korpusuna ehtiyac olduğunu bildirib və korpusun tikintisi üçün xeyir-duasını verib" - deyə B.Hüseynov söyləyib.

2001-ci ildə korpusun tikinti layihəsi hazırlanıb. 2003-cü ildə inşaat işlərinə başlanılıb. 300 çarpayılıq korpus ən son avadanlıqlarla təchiz olunub.

"300 çarpayılıq cərrahiyyə korpusunun 14 cərrahiyə bölməsi və 6 köməkçi bölməsi var. Bu, Cənubi Qafqazda yegənə hospitaldır ki, ən son cərrahiyyə avadanlıqları və sistemlərlə təchiz olunub. Bu avadanlıqlar imkan verir ki, cərrahiyyə korpusunda gün ərzində 150 yaralıya xidmət göstərilsin" - deyə B.Hüseynov qeyd edib.

Hospital rəisinin sözlərinə görə, cərrahiyyə korpusunda 400-ə yaxın işçi çalışacaq. Həmin işçilər akademik təhsilli və 15-20 il iş stajı olan həkimlərdən, Türkiyədə və NATO ölkələrində ixtisas kursları keçmiş zabitlərdən ibarət olacaq.

Müdafiə Nazirliyinin rəhbərliyi korpusun açılış mərasimini Silahlı Qüvvələrin ildönümündə gerçəkləşdirməyi planlaşdırsa da, bəzi avadanlıqların quraşdırılması mürəkkəb olduğundan korpusun açılışı həmin tarixdə baş tutmayacaq.

Xəbər lenti

Xəbər lenti