...

Konstitusiya Məhkəməsinin sədri Dünya Bankının Cənubi Qafqaz üzrə Departamentinin Direktorunu qəbul edib

Cəmiyyət Materials 17 May 2006 17:56 (UTC +04:00)

Mayın 17-də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Dünya Bankının Cənubi Qafqaz Ölkələri üzrə Departamentinin Direktoru xanım Donna Dousett-Koyrolonu qəbul edib. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı F.Abdullayev Azərbaycanda son illər ərzində həyata keçirilmiş məhkəmə islahatları barədə geniş məlumat verib. O, qonağa bu islahatlar çərçivəsində vətəındaşların Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüquqi prosedurasını açıqlayıb. Sədr qeyd edib ki, Dünya Bankının Azərbaycan hökuməti ilə birgə həyata keçirdiyi məhkəmə sisteminin modernləşdirilməsi layihəsi ölkəmizin bütün məhkəmə orqanlarının muasir avadanlıqlarla təchiz edilməsinə, o cümlədən məhkəmələrin işinin təkmilləşməsinə şərait yaradacaq.

Donna Dousett-Koyrolo isə öz növbəsində bu layihənin uğurlu və Azərbaycan məhkəmələrinin işi üçün faydalı olacağını vurğulayıb. O, qeyd edib ki, Azərbaycan məhkəmələrinin adekvat fəaliyyəti üçün onların müasir təchizatla təmin olunması vacibdir.

Görüş zamanı Konstitusiya Məhkəməsinin texniki təminatı üçün Dünya Bankının Azərbaycan hökuməti ilə həyata keçirdiyi layihə üzrə bir sıra məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti