"Aerosvit-2006" beynəlxalq şahmat turniri iyunun 17-dən 19-dək Krımda (Foros) keçiriləcək.
Turnirin təşkilatçısı Ukrayna Şahmat Federasiyasıdır.
Trend in xəbər verdiyi kimi, Ukraynanın şahmat tarixindəki bu ən güclü yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov (2699) təmsil edəcək.
Həmçinin, bu turnirdə dünyanın aparıcı qrossmeysterləri - Ruslan Ponomaryov 2738 UKR, Vasili İvançuk 2731 UKR, Vladimir Akopyan 2706 ARM, Aleksandr Qrişuk 2719 RUS, Sergey Karyakin 2661 UKR, Andrey Volokitin 2660 UKR, Liviu-Diter Nisipyanu 2695 ROM, Aleksandr Areşenko 2660 UKR, Aleksey Şirov 2699 ESP, Pentala Harikrişna 2680 IND, Viorel Boloqan 2666 MDA da iştirak edəcək.