Azərbaycanda ən ciddi problemlərdən biri münbit torpaqlardan təyinatı üzrə deyil, əsasən tikinti və digər məqsədlərlə istifadə olunmasıdır ki, bu da torpaq sahələrinin azalmasına gətirib çıxarır. Trend in xəbər verdiyi kimi, bu barədə Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsinin başçısı Qərib Məmmədov məlumat verib.
Onun sözlərinə görə, başqa ölkələrdə tikinti işləri əkinçilik fəaliyyəti üçün yararsız olan torpaqlarda aparılır. İl ərzində Torpaq və Xəritəçəkmə Komitəsi torpaq sahələrindən istifadə üzrə 1800 pozuntu faktı aşkar edib. 1 400 fakt üzrə bu torpaqlarda fəaliyyət dayandırılıb, 350 fakt üzrə cərimə ödənilib (ümumi məbləğ təxminən 50 min AZN), 100 fakt üzrə isə işlər hüquq-mühafiə orqanlarına verilib.