...

2006-cı ildə Azərbaycanda qızıl hasilatına başlana bilər

Cəmiyyət Materials 16 İyun 2006 14:09 (UTC +04:00)

2006-cı ilin sonlarında Azərbaycanda qızıl hasilatına başlana bilər. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanda qızıl yataqlarının işlənməsi ilə məşğul olan R.I. Investment Group Services LLS şirkətinin prezidenti Riza Vəziri məlumat verib.

Onun sözlərinə görə, hazırda şirkət Naxçıvan MR ərazisində ("Piyazbaşı", "Ağyurd", "Şakərdərə", "Misdağ", "Şəlalə", "Diyəkçay" yataqlarının Ordubad qrupu) və "Qoşa" (Tovuz) yataqlarında, o cümlədən Gədəbəydə kəşfiyyat işləri aparır.

"Ordubad ərazisindəki yataqlarda aparılmış tədqiqatlar gözlənilən nəticəni verməyib. Yəni 1 ton misdə 1 unsiya qızılın olması proqnozu təsdiqlənməyib. Buna görə də biz əsas diqqəti Gədəbəy rayonundakı yataqlara yönəltmişik", -deyə şirkətin başçısı vurğulayıb.

Onun sözlərinə görə, Ordubaddan fərqli olaraq Gədəbəydə işlərin uğurla başa çatacağı ilə bağlı ümidlər doğrula bilər. Bu məqsədlə şirkət artıq rayonda quraşdırılan xüsusi tədqiqat laboratoriyası alıb.

İndiyədək şirkət kəşfiyyat işlərinə nəzərdə tutulmuş 51 mln dollardan təxminən $28 mln sərf edib. Bu istiqamətdə bütün işlərin 2006-cı ilin avqustunda başa çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti