...

İran parlamentinin deputatı: Azərbaycanlılar İranda çox böyük nüfuz sahibidir

Cəmiyyət Materials 21 İyun 2006 15:41 (UTC +04:00)

İranın Azərbaycan icması çox nüfuzludur. Bu barədə, Trend in Rusiyadakı xüsusi müxbiri xəbər verir ki, İran parlamentinin yəhudiləri təmsil edən deputatı Moris Motamedi Moskvada keçirilən "İranda milli azlıqların vəziyyəti. Parlament və Tehranın nüvə proqramı" adlı mətbuat konfransında bəyan edib.

Deputat azərbaycanlıların milli hisslərinə toxunan karikaturaların nəşrinə etirazdan sonra gunahkarların cəzalandırıldığını bu icmanın nüfuzuna misal göstərib. Şərqi Azərbaycanda qanlı toqquşmaların İran parlamenti tərəfindən necə qiymətləndirildiyinə gəldikdə, M.Motamedi qeyd edib ki, bu məsələ parlamentdə müzakirə olunub və və böyük səs-küyə səbəb olub. Spiker çıxış edərək bütün kütləvi informasiya vasitələrini jurnalist etikasına riayən etməyə çağırıb. "Bir sözlə, bu məsələyə cəmiyyətdə lazımi qiymət verilməsi üçün hər şey edilib. Məlumdur ki, bütün İran azərbaycanlılarını güclü vətənpərvərlik və birlik hissi fərqləndirir. Onlar İranın yerli əhalisidir və qədim zamanlardan burada yaşayır. Mənim fikrimcə, bu, müəyyən bir qrup istisna olmaqla, ölkə rəhbərliyi üçün təhlükəli ola bilməz, çünki bizim hamımız vahid xalqın- İran xalqının hissəsiyik" - deyə o bildirib.

M.Motamedi İran rəhbərliyinin antisemitizm siyasəti yürütdüyü haqqında iddialarla razılaşmayıb. İran prezidentinin İsrailə qarşı bəyatlarına gəldikdə deputat deyib: "Əgər biz söz azadlığının tərəfdarıyıqsa, onda hesab etmək olar ki, İran prezidenti öz şəxsi mövqeyindən çıxış edib. Lakin İran prezidentinin bəyanatları ölkədəki yəhudi icmasının vəziyyətinə heç bir mənfi təsir göstərməyib və göstərmir də. Prezidentin insanlığın tarixində ən böyük faciə olan Xolokosta dair çıxışlarına gəldikdə isə mən buna etiraz etdim. Xolokostun inkar edilməsi - ümumbəşərin ən böyük faciəsinin inkar edilməsidir" - deyə o əlavə edib.

İranın nüvə proqramı haqqında sualı cavablandıran M.Mottamedi təəssüflə deyib ki, "bu məsələ sırf texniki məsələdən siyasi məsələyə çevrilib. İrana təzyiq göstərilir, lakin parlamentdəki çoxluq İranın energetika sahəsində müasir nüvə texnologiyalarından istifadə hüqunun təmin olunmasında təkid edir. İranda alimlərin kəşflərilə fəxr edirlər və bu, ümummilli ideyaya çevrilib" - deyə M.Motamedi qeyd edib.

Xəbər lenti

Xəbər lenti