Amerika Vəkillər Assosiyasının Mərkəzi Avropa və Avroasiyadan olan Hüquqi Təşəbbüs Təşkilatı ( ABA CELL) təhsil sahəsində rüşvətxorluqla mübarizə haqqında təkliflərini Təhsil Nazirliyinə təqdim edib. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.
Təkliflər nazirliyin nəzdində rüşvətxorluqla mübarizə üzrə yeni yaradılmış komissiyaya veriləcək. Nazirlikdən verilən məlumata əsasən, bu haqda razılıq ekspert qrupunun ABA CELL-in hüquq məsləhətçisi Robert Ayzmanla görüşdə əldə olunub.
Təhsil Nazirliyi universitet rəhbərlərinə bu halla mübarilə ilə əlaqədar müvafiq məktublar göndərib. Universitetlərə bu sahədə xüsusi proqram hazırlamaq tapşırılıb.