...

Fransada siyasi sığınacaq almaq istəyən azərbaycanlıların sayı artıb

Cəmiyyət Materials 22 İyun 2006 19:40 (UTC +04:00)

Fransada siyasi sığınacaq almaq istəyən azərbaycanlıların sayı artıb. Fransanın Qaçqınlar üzrə Dövlət Bürosunun nümayəndə heyəti sığınacaq almaq istəyənlərin səbəb və vəziyyətlərini öyrənmək məqsədilə Azərbaycana gəlib. Bu barədə Azərbaycanın Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyevlə görüş zamanı bu qurumun nümayəndələri bildiriblər.

Nümayəndə heyətinin üzvləri ölkənin ictimai-siyasi vəziyyətinin öyrənilməsini çox mühüm sayırlar. Onların fikrincə, məhz ictimai-siyasi vəziyyət və dini zəmində baş verən hadisələr insanların belə qərarlar verməsinə səbəb olur.

R.Əliyev, qonaqları Dövlət Komitəsinin fəaliyyəti ilə tanış edərək, qeyd edib ki, qurum bu sahədə aparılan dövlət siyasətini uğurla həyata keçirir.

Xəbər lenti

Xəbər lenti