...

"Karvan" futbol klubu Bratislavada "Spartak"la oynaya bilər

Cəmiyyət Materials 3 İyul 2006 17:54 (UTC +04:00)

"Karvan" UEFA Kubokunun ilk raundunun "Spartak"a qarşı ilk cavab oyununu Bratislavada oynaya bilər.

Trend in verdiyi xəbərə görə, Slovakiya kollektivinin rəhbərliyi yevlaxlılara bildirib ki, "Spartak"ın stadionunda yenidənqurma işləri aparılır və bu işlər iyulun 27-ə - görüşün keçiriləcəyi günə qədər başa çatmayacaq. Ona görə də bu komandanın rəhbərliyi görüşü Bratislavada və ya Trnavanın yaxınlığında yerləşən digər şəhərcikdə keçiriləcəyini planlaşdırırlar.

Qeyd etmək lazımdır ki, ilkin püşkatmaya əsasən, "Karvan" UEFA Kubokundakı ilk qarşılaşmasını öz vətənində keçirməli idi, lakin "Şəfa" stadionunda bir gündə iki kubok görüşü keçirə bilmədiyindən, yevlaxlılar ilk oyunlarını doğma divarlardan kənarda oynayacaqlar.

Xəbər lenti

Xəbər lenti