...

Azərbaycanın qılıncoynatma üzrə qadınlardan ibarət yığması Avropa çempionatında çıxışa başlayır

Cəmiyyət Materials 4 İyul 2006 15:27 (UTC +04:00)

Azərbaycanın qılıncoynatma üzrə qadınlardan ibarət yığması iyulun 4-də İzmirdə başlayacaq qılıncoynatma üzrə Dünya çempionatında iştirak edəcək.

Milli Federasiyanın vitse-prezidenti Yaşar Məmmədovun Trend ə verdiyi xəbərə görə, komandaya Aidə Ələsgərova, Səbinə Əmrahzadə, Sevil Bünyadova və Janna Muradqızı daxildir. Yeri gəlmişkən, sonuncu idmançı bu yaxınlarda karyerasının bitməsini elan edib, lakin Federasiya rəhbərliyi idmançını gedişini bir qədər təxirə salması üçün dilə tutub.

Y.Məmmədov həmçinin qeyd edib ki, məhz J.Muradqızının uğurla çıxış edəcəyinə ümid edirlər, belə ki, onun yığma üzrə rəfiqələri beynəlxalq arenada çıxış etmək üzrə çox da böyük təcrübəyə malik deyillər. Həm də Janna vaxtilə komanda tərkibində Avropa və Dünya çempionatında bürünc mükafatçı da olub.

Xəbər lenti

Xəbər lenti