...

Azərbaycanın taekvando yığması Türkiyəyə yola düşür

Cəmiyyət Materials 7 İyul 2006 15:51 (UTC +04:00)

Azərbaycanın taekvando yığması iyulun sonunda Vyetnamda keçiriləcək dünya birinciliyinə hazırlığın son mərhələsini Türkiyədə keçirəcək.

Komandanın baş məşqçisi Gündüz Abdullayevin Trend ə verdiyi məlumata görə, iyulun 8-dən başlayaraq onun yetirmələri bir həftə ərzində Bosfor sahillərində təlim-məşq toplanışları keçirəcək. Məşqçinin sözlərinə görə, kollektivin tərkibinə Azərbaycanı nüfuzlu yarışda təmsil edəcək 19 idmançı (12 taekvandoçu və 9 zərif cinsin nümayəndələri) daxildir. Yığmanın əsasını ötən il Bakıda gənclər arasında keçirilmiş qitə birinciliyində uğurla çıxış etmiş şərq döyüş ustaları təşkil edib.

G.Abdullayev atletlərin yarış tonusu əldə etmək üçün Türkiyədə tatami sahibləri ilə yoxlama sparrinqləri keçirmək ehtimalını da istisna etməyib.

Xəbər lenti

Xəbər lenti