...

Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığması Yeltsin kubokunda uğursuz çıxış edir

Cəmiyyət Materials 10 İyul 2006 13:22 (UTC +04:00)

Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığması Yekaterinburqda və Nijni Taqildə keçirilən Boris Yeltsin Kubokunun qrup mərhələsinin son matçında Rusiyaya 0:3 hesabla məğlub olub.

Trend in xəbər verdiyi kimi, birinci partiyada meydança sahibləri 5 xal üstünlüyü (25:20) ilə qalib gəlib. Ancaq 2-ci set onlar üçün daha da çətin olub. Faiq Qarayevin yetirmələri rəqiblə mübarizə aparsa da, 3 xal fərqi ilə (23:25) uduzub. 3-cü partiya da Covanni Kapraranın qrupda 1-ci yeri tutan drujinasının qələbəsi ilə başa çatıb.

Rusiya və Hollandiyanın gənclərdən ibarət yığmalarına məğlub olmuş voleybolçularımız Qazaxıstanla 5-8-ci yerlər uğrunda oynayacaq. Meydan sahibləri yarımfinalda Türkiyə, çinlilər isə Hollandiya ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti